Ermənistan və Macarıstan münasibətləri bərpa etmək qərarını verib

Dekabrın 1-də Polşada baş tutan ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyanla Peter Siyarto arasında görüş keçirilib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan və Macarıstan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar.

Nazirlər münasibətlərin hazırkı mərhələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar Ermənistan-Macarıstan münasibətlərində yeni səhifə açmaq niyyətini ifadə edib və tam diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

Macarıstan məhkəməsinin 2006-cı ildə ömürlük həbs cəzasına məhkum etdiyi zabit Ramil Səfərov 2012-ci ildə Azərbaycana qaytarıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər kəsilmişdi.

Xatırladaq ki, Ramil Səfərov Azərbaycan bayrağını təhqir edən erməni zabitini 2004-cü ildə qətlə yetirmişdi.

Əvvəlki məqalə

“Etnik ermənilər digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdir” –

Sonrakı məqalə

Naxçıvana büdcədən ayrılan pullar necə xərclənib? –