Ermənistana gedən İran avtomobilləri daha Azərbaycan postundan keçmir

18 Noyabr 2021 - 22:47
Gorus-Qafan yolundakı vəziyyətə baxmayaraq İrandan Ermənistana yük avtomobillərinin gediş-gəlişi dayanmayıb. 
Azpost.info bildirir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, hər gün İran-Ermənistan sərhəddini 150-160 maşın keçir.
“İranla sərhəd açıqdır. Tatev -Aqvani alternativ yolu bütün növ avtomobillər, o cümlədən yük maşınları üçün əlverişldir”-deyə məlumatda vurğulanır.
Hazırda daşınmalarla 5 şirkət məşğul olur və onların qrafikində heç bir dəyişiklik baş verməyib.
Qeyd edək ki, Azərbaycan 2 ay əvvəl Gorus-Qafqan yolundan Ermənistana və Qarabağa qanunsuz yük daşımalarına görə, İran maşınlarını saxlayıb. Yaranan gərginlik diplomatik yolla qaydaya salınıb. İran öz daşıma şirkətlərinə Ermənistan ərazisindən Qarabağa və Azərbaycanın Laçın rayonu ərazisinə daxil olmağı, həmçinin Qarabağ regionu ilə hər hansı ticarət müqavilələri imzalamağı və nəqliyyat şirkətlərinə bu region üçün məhsullara müşayiət sənədləri verməyi qadağan edib.