Ermənistana uçan təyyarədə erməni əsirləri yoxdur –AÇIQLAMA (YENİLƏNİB)

“Erməni əsirlərinin qaytarılması yenə də təxirə düşdü”. 

Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisindən “Armenpress”ə verilən açıqlamada deyilib.

***

“FlyRadar”-ın məlumatına görə, təyyarə İrəvana Bakıdan yox, Rostovdan gəlib.

***

Bakıdan Ermənistana gələn təyyarə erməni əsirləri olmadan qayıdıb. 

Azpost.info bildirir ki, bu barədə Baş nazirin administrasiyasından olan mənbə bildirib. Təyyarənin bortunda yalnız sülhməramlıların komandanı Rüstəm Muradov tək qayıdıb.

 

**

Azərbaycan bir qrup erməni hərbi əsirini Ermənistana qaytarıb.

Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan bildirib.

Onun sözlərinə görə, erməni əsirlərini gətirən təyyarə İrəvanda “Erebuni” hava limanına enəcək. Əsirlərin sayı açıqlanmır.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir