“Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində çoxsaylı insan ölümləri ilə əlaqədar Ermənistanda avqustun 17-18-də iki günlük matəm elan edilib.
Azpost.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti xəbər verir.
“2022-ci il avqustun 14-də baş vermiş yanğın və partlayış nəticəsində həlak olan vətəndaşların xatirəsinə 2022-ci il avqustun 17 və 18-də Ermənistan ərazisində matəm elan edilsin”, – Baş nazir Nikol Paşinyanın imzaladığı qərarda deyilir.
Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər yaralanıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.
Azpost.info
