Ermənistanda 2021-ci il yanvarın 11-dək karantin tətbiq olunacaq.
APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.
Nazirlər Kabinetinin qərarında bildirilib ki, pandemiya ilə bağlı vəziyyət bütün dünyada gərgin olaraq qalır. Bu xəstəliyin Ermənistanda geniş yayılması və ÜST-ün pandemiyanın ikinci dalğası ilə bağlı xəbərdarlığını nəzərə alaraq, əhalinin sağlamlığını qorumaq və müvafiq profilaktik, epidemiya əleyhinə tədbirlər görülmək üçün bu qərar qəbul olunur.
Ölkədə karantin rejimi 2020-ci il sentyabrın 11-dən 2021-ci il yanvarın 11-dək tətbiq ediləcək.