Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ermənistanda delimitasiya üzrə daha bir işçi qrupu yaradılıb

User 22 Aprel 2024 - 13:32 (Last updated: 21 May 2025 - 20:15)
az ermeni serhedciler üzbüuz

Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası üzrə Komissiyanın tərkibində daha bir işçi qrupu yaradılıb.

“News.am”ın xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qrupun tərkibinə Ermənistanın Müdafiə Nazirliyi, Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, eləcə də Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.

İşçi qrupunun fəaliyyətini koordinasiya etmək vəzifəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana tapşırılıb.

Qrup sərhəd xəttinin Baqanis (Ermənistan) – Bağanis-Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) – Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) – Qızıl Hacılı (Azərbaycancan) hissələrində koordinatların dəqiqləşdirilməsi ilə məşğul olacaq.

İşçi qrupunun fəaliyyətinə eyni zamanda, ərazinin geodezik ölçülməsi və müvafiq protokol-layihənin tərtib olunaraq Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Birgə Komissiyaya təqdim edilməsi də daxildir.

Qeyd edək ki, Ermənistan Respublikası Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya” yanında işçi qrupu yaradılıb.

Post navigation

Previous: Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb
Next: Putinlə Paşinyan görüşəcək

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56

xƏBƏR

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa...
Read more about Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.