Ermənistanda delimitasiyaya etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıb

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

“Sputnik-Armenia”nın xəbərinə görə, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Bakıda kişi evində təmir etdiyi su çənində ilişib qaldı –