Ermənistanda etirazlar başlayıb

10 Noyabr 2020 - 04:14

Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.

“SputnikArmenia”yanın verdiyi xəbərə görə, bundan əvvəl avtomobil karvanları İrəvanın mrəkəzində yerləşən Respublika Meydanına doğru hərəkət ediblər.

Etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb.