Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-dək uzadılıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.
Ölkədə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.
Xatırladaq ki, Ermənistanda indiyədək 15 281 nəfər koronavirusa yoluxub, 258 nəfər ölüb.