Ermənistanda daha 374 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 6 302-yə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 77-yə çatıb.
Bildirilib ki, indiyədək 2 936 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 257 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.