Ermənistanda müxalifət tərəfdarları hökumət binasına soxulublar

01 Mart 2021 - 13:30

Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.

Bu barədə “RİA Novosti”nin hadisə yerində olan əməkdaşı məlumat verib.

Hökumət binasında bir neçə nazirliyin ofisi yerləşir.

Müxalifət tərəfdarları birinci mərtəbənin foyesində aksiya keçirərək nazirliklərin əməkdaşlarından Baş nazir Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştirak etməməyi tələb ediblər.

Etirazçılar Baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər.