Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

27 İyun 2021 - 12:56

Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.

Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,9 faiz, yəni 269 481 səs, “Mənim şərəfim var” bloku 5,22 faiz, yəni 66 650 səs toplayıb.