Ermənistanda qubernator və komitə rəhbəri vəzifələrindən azad edilib

Ermənistanda vilayət qubernatoru və Şəhərsalma Komitəsinin rəhbəri vəzifələrindən azad edilib.

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, Ermənistanın Lori vilayətinin qubernatoru, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Aram Xaçatryan və Şəhərsalma Komitəsinin rəhbəri Armen Qularyan tutduqları vəzifələrdən azad ediliblər.

Əvvəlki məqalə

Moskvada elektrik stansiyası yanır –

Sonrakı məqalə

Siyasi, hərbi və aqrar elmlər üzrə doktor adını alan olmayıb –