Moskvada “Vısokovoltnıy Proezd” yarımstansiyasında yanğın baş verib.
Azpost.info bildirir ki, yanğın nəticəsində Moskvanın bir sıra rayonlarında (Otradnoe, Bibirevo, Şimal və Cənubi Medvedkovo) 20-dən çox çoxmərtəbəli bina işıqsız və istiliksiz qalıb.
“Baza” teleqram kanalının məlumatına görə, hadisə yerində çoxlu yanğınsöndürənlər var. Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Moskvada hazırda 24 dərəcə şaxta var.