Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib

05 May 2021 - 22:57

Ermənistanda Jirayr Sefilyanın “Milli Demokratik Qütb” hərəkatının Rusiya xarici işlər naziri Sergey Lavrovun Yeravan səfərinə qarşı etiraz aksiyası keçirilib.

Bu barədə Trend “Telegram” kanallarına istinadən məlumat verib.

Qeyd edək ki, S.Lavrov bu gün Yerevana səfər edib, burada sabah onun Ermənistan rəhbərliyi ilə görüşlərinin keçirilməsi planlaşdırılır.