Ermənistanda son sutkada 429 nəfər koronavirusa yoluxub

26 Sentyabr 2020 - 11:40

Ermənistanda son sutka ərzində 429 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 49072 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 948 nəfərə çatıb.