Ermənistanda son sutkada 551 nəfər koronavirusa yoluxub-

13 nəfər ölüb
20 İyun 2020 - 11:08

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 551 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 19 708, xəstəlikdən ölənlərin sayı isə 332 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 8854 nəfərdir.