“Ermənistandakı Avropa missiyası Bakı və İrəvana hesabat vermir” –RUSİYA XİN

Ermənistanda Avropa müşahidəçi bazalı mərkəzlərin sayının artırılmasının Ermənistan-Azərbaycan münasibətlərində sabitlik və sülhün bərqərar olması ilə heç bir əlaqəsi yoxdur.

“Sputnik Armenia” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib

 

Rusiya XİN-in sözçüsü hesab edir ki, missiyanın beynəlxalq ictimaiyyət, İrəvan və Bakı qarşısında hesabat verməməsi Aİ-nin yerlərdəki fəaliyyətində gizli məqamlardan xəbər verir.

Onların mülki xarakterli pərdə altında mandatında ikinci cığırın olması ilə bağlı şübhələr var.

“Cənubi Qafqazda davam edən Avropa ekspansiyası mövcud ziddiyyətləri daha da gücləndirə bilər. Missiyanın heç bir “əlavə dəyəri” yoxdur. O, təhlükəsizliyi və Rusiyanın vasitəçiliyinin həlledici rolu ilə əldə edilmiş atəşkəs razılaşmalarına əməl olunmasını təmin edə bilmir.

Rusiya sülhməramlı kontingentinin mövcudluğu regionda sülhün real təminatı olaraq qalır. Ermənistan-Azərbaycan normallaşması və Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasınım əsası isə üçtərəfli sazişlərin icra olunmasıdır”, – deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqının regionda siyasətinin arxasında duran əsl məntiq Rusiyanın sıxışdırılması, Cənubi Qafqazın burada yaşayan insanların köklü maraqlarına ziyan vuraraq geosiyasi qarşıdurma meydanına çevrilməsidir.

Əvvəlki məqalə

QARDAŞLIQ SƏNƏDİ –

Sonrakı məqalə

Pirallahıda 20 yaşlı gənc oğlan qətlə yetirilib