“Ermənistanın bəyəm Xeyrimli, Əskipara adlı kəndləri var?” –Paşinyan qaytarılacaq kəndlərdən danışdı

Ermənistanın baş naziri Paşinyan Tavuş vilayətinin Kirants kənd sakinləri ilə görüşü zamanı Azərbaycanın işğal altında olan kəndləri barədə danışıb.

Azpost.info bildirir ki, abaş nazir Kirants kənd icra rəhbərinin sərhəd xətti ilə bağlı sualına cavabı zamanı bildirib.

“Müxalifət deyir ki, Paşinyan Tavuşun kəndlərini vermək istəyir. Tavuş rayonunda Xeyrimli adlı kənd varmı? Bu kəndin icra başçısı kimdir? Onunla tanış olmaq istəyirəm. Tavuşda Əskipara adlı kənd var? Bu kəndin sakinləri kimlərdir? Legitimlik üçün bizə məxsus olmayanı verməyə hazır olmalıyıq”-deyə baş nazir vurğulayıb.

Paşinyan deyib ki, o bura bu məlumatı paylaşmağa gəlib: “Sizdən xahiş edirəm ki, bizə mənəvi və siyasi fürsəti verəsiniz. Yeni əhəmiyyətli məlumat və ya müzakirə variantları olanda gələcəyəm və bu formatda yenidən danışacağıq. Mən bu məlumatı paylaşmağa gəldim. Sizdən xahiş edirəm ki, bizə addım-addım irəliləmək üçün bu imkanı yaradasınız”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.