Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsindəki hərbi hissələrə baxış keçirib.
Məlumatı “Sputnik Armeniya” Ermənistan hərbi idarəsinin mətbuat xidmətinə istinadən yayıb.
Qeyd olunur ki, Davtyana bu ərazidəki əməliyyat vəziyyəti, hərbi qulluqçuların fiziki, mənəvi-psixoloji, döyüş hazırlığı səviyyəsi, habelə hissələrə verilən tapşırıqlar və onların icrası barədə məlumat verilib.