Göyçayda kişi arvadını və oğlunu bıçaqlayıb

Göyçay rayonunda ailə münaqişəsi qanla nəticələnib.

Hadisə bu gün saat 17:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminindı arvadı, 1967-ci il təvəllüdlü Seyidova Dürdanə Ələddin qızı və oğlu, 1987-ci il təvəllüdlü Seyidov Qəzənfər Qəfər oğlunu bıçaqlayıb. Q.Seyidov bud, çənə və qarın, D.Seyidova isə döş qəfəsi, qol və qarın nahiyəsindən bıçaq xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avro-2020 təxirə salındı –

Sonrakı məqalə

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə