Ermənistanın müdafiə naziri Moskvaya getdi –

Şoyqu ilə görüşəcək
10 Avqust 2021 - 10:26

Ermənistan müdafiə naziri Arşak Karapetyan Moskvaya gedib. 

Azpost.info bildirir ki, səfər Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti əsasında baş tutub. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Karapetyanın Şoyqu və digər rus hərbçiləri ilə görüşü planlaşdırılıb.