Ermənistanın müdafiə naziri Rusiyaya gedib

10 Oktyabr 2021 - 15:01

Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu gün Rusiyaya yola düşüb. Bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə naziri Arşak Karapetyan oktyabrın 10 -da Rusiyaya işgüzar səfərə gedib”, – məlumatda deyilir.

Nazirlik Arşak Karapetyanın gündəliyi ilə bağlı ətraflı məlumat verməyib.