Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib.

Bu barədə bu gün Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Ermənistan Prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında A. Karapetyanı vəzifəsindən azad edib. Onun yerinə isə Baş nazirin müavini Suren Papikyan təyin edilib.

Suren Papikyan 26 aprel 1986-cı ildə Stepanavan şəhərində anadan olub. İrəvan Universitetinin tarix fakultəsini bitirib. 2012-16-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə naziri postunu tutub. 2 avqust 2021-ci ildə Ermənistan baş nazirinin müavini təyin olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Biləsuvar gömrük postunda 218 kiloqram heroin aşkarlanıb

Sonrakı məqalə

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib