“Ermənistanın Rusiyaya qarşı qınaqları əsassızdır” –

Peskov
13 Noyabr 2020 - 13:42

Dağlıq Qarabağ münaqişəsində guya Ermənistana ciddi dəstək vermədiyinə görə Rusiyaya qarşı qınaqlar tamamilə əsassızdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiyaya qarşı qınaqlar tamamilə əsassızdır”, – deyə Kremlin sözçüsü Rusiyanın guya Qarabağdakı münaqişənin həllində Ermənistana əhəmiyyətli dəstək vermədiyi və ermənilərin bir hissəsinin Rusiyanın mövqeyini xəyanət kimi qiymətləndirməsi ilə bağlı iradlara cavabında vurğulayıb.