Ermənistanın sabiq Baş prokuroru saxlanılıb

07 Sentyabr 2021 - 13:30

Ermənistanın sabiq Baş prokuroru Aqvan Ovsepyan tutulub.

“News.am”;n verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Aqvan Ovsepyan Xüsusi İstintaq Xidməti tərəfindən aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Sabiq Baş prokuror dələduzluq yolu ilə əmlak mənimsədə, külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, Aqvan Ovsepyan 18 mart 2004-cü ildən 13 sentyabr 2013-cü ilə qədər Baş prokuror, 18 iyul 2014-cü ildən 11 iyun 2018-ci ilə qədər Ermənistan İstintaq Komitəsinin sədri vəzifələrində çalışıb.

Xatırladaq ki, Ermənistanın sabiq baş prokuroru 2008-ci il mart hadisələrinə görə də dindirilib.