Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi ürək tutmasından xəstəxanaya yerləşdirilib

12 Noyabr 2020 - 03:02

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan ürək tutması diaqnozu ilə “Nork” Kardialoji Mərkəzə yerləşdirilib.

Bu barədə məlumatı “Sputnik Ermənistan”a xəstəxandakı mənbə təsdiqləyib.

Xidmət rəisi müayinədən keçdikdən bir müddət sonra evə buraxılıb.

Qeyd edək ki, Armen Abazyan noyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.