Ermənistanın xarici işlər naziri istefa ərizəsi yazıb

19 Fevral 2021 - 18:27

Ermənistanın xarici işlər naziri Ara Ayazyan istefa ərizəsi yazıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Mediaport portalının teleqram-kanalı məlumat yayıb. İnformasiyada deyilir ki, nazir işdən azad olunması barədə ərizəsini artıq təqdim edib. Hazırda onun əvəzinə nazir postuna yeni namizəd axtarılır.

Namizəd müəyyən edilən kimi Ayvazyanın istefası elan olunacaq.

Ara Ayazyan 2020-ci il noybarın 18-də XİN rəhbəri təyin olunmuşdu.