Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya rəsmi səfərə gedir.
Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb. Mirzoyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Məlumata görə, tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.