Ermənistanın XİN rəhbəri sabah Rusiyaya gedir –

Lavrovla Qarabağı və Zəngəzur dəhlizini müzakirə edəcək
30 Avqust 2021 - 11:14

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 31-də Rusiyaya işgüzar səfərə gedəcək.

Azpost.info bildirir ki, bu barədə Sputnik-Armenia məlumat yayıb. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır. Eyni zamanda Mirzoyan KTMT-nin baş katibi Stanislav Zasla görüşəcək.

Mirzoyan və Lavrov rus-erməni müttəfiqlik münasibətlərinin gələcək addımlarını müzakirə edəcək, MDB, KTMT, Avrasiya İttifaqı o cümlədən BMT, ATƏT kimi qurumlarda əməkdaşlığı genişləndirmək imkanlarından danışacaqlar.

Həmçinin Qarabağ müharibəsindən sonra Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış  9 noyabr və 2021-ci il yanvar sazişlərinin gedişatı müzakirə ediləcək. Eyni zamanda gündəliyə Cənubi Qafqazda nəqliyyat və iqtisadi qovşaqlarının açılması ilə bağlı məsələlər salınıb.

Bu, A.Mirzoyanın XİN rəhbəri kimi ilk xarici səfəridir.