Ermənistanın yeni xarici işlər naziri təyin olunub

18 Noyabr 2020 - 19:08

Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

“Sputnik Armenia”yanın verdiyi xəbərə görə, fərmana əsasən, Ara Ayvazyan xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, A. Ayvazyan daha əvvəl Ermənistanın Litva, Latviya və Estoniyada səfiri vəzifəsində çalışıb. Bundan sonra o, Ermənistanın Meksika, Kosta-Rika, Kuba, Honduras, Qvatemala və Panamada səfiri olub. Ermənistan prezidentinin fərmanı ilə A. Ayvazyan İrəvana çağırılıb. Bu il oktyabrın 16-da Baş nazir Nikol Paşinyan A. Ayvazyanı xarici işlər nazirinin müavini təyin edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan istefa verib.