“Erməni icması boyunduruq altındadır, qondarma rejimdən asılıdır”- Tural Gəncəliyev

“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü üçün biz dəfələrlə müraciət etmişik. Təəssüf ki, 2019-cu il ərzində heç bir cavab almadıq. Bu, erməni icmasının yenə də boyunduruq altında olduğunun göstəricisidir, onlar qondarma rejimdən asılıdırlar”.

APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

“Erməni icmasının arasında bizimlə görüşmək və bir yerdə yaşamaq istəyi olan insanlar var. Lakin onları sıxırlar, səsləri eşidilmir. Məsələn, azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Ancaq erməni tərəfi yenə də bundan şou düzəltdi, təxribat xarakterli bəyanatlar verdi. Bu isə onu göstərir ki, məhz qondarma rejimin nümayəndələri və təcavüzkar Ermənistan rəhbərliyi bunda maraqlı deyil”, – deyə T. Gəncəliyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP İdarə Heyətinin iclası başa çatdı –

Sonrakı məqalə

Eldar Namazov namizəd olmayacaq –