Erməni mediası Azərbaycan nümayəndələrinin Dəmirli yatağında olması barədə xəbər yayıb

Ermənistan mətbuatı Xocalıdakı məlum görüşün ardınca Azərbaycan nümayəndələrinin hazırda Dəmirli (Kaşen) yatağında olduğu barədə xəbər yayıblar.

MediaHub-un mənbəsinin iddiasına görə, bu, son günlər azərbaycanlıların yatağın ərazisinə sərbəst daxil olduğu ilk səfər deyil.

Media qurumu müvafiq qurumun rəhbərliyi ilə əlaqə yaratmağa çalışsa da, cəhdlər heç bir nəticə verməyib.

Xatırladılır ki, dekabrda qondarma rejimin “hakimiyyət”i mədənləri qanunsuz istismar edən “Base Metals” şirkətinin rəhbərliyi ilə birlikdə iş fəaliyyətinin “müvəqqəti” dayandırılması qərarına gəlib.

Əvvəlki məqalə

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

Sonrakı məqalə

Hakerlər Müsavat TV-nin Youtube kanalını ələ keçirib