“Erməni siyasi qüvvələri korafəhimdir…Paşinyan rusların dediklərini anlamır” –Ter-Petrosyan

“Qarabağ məsələsinin necə həll etmək lazım olduğunu bilmirəm”. 

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ictimai televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, siyasi qüvvələr tənzimləmənin reallıqdan uzaq ssenarilərindən danışır, az qala Ankaranı işğal etməyə çağırırlar. “Əslində bütün bunlar uzağı görə bilməməkdən və körafəhimlikdən irəli gəlir”.

“Əgər məndən soruşsalar mən də bilmirəm. Bunu bilmək üçün rusların proqramını başa düşmək lazımdır. Azərbaycan nə istəyir, bilmək lazımdır. Rusiyanın planından bixəbərəm. Moskva heç kimə öz planını açıqlamır”-deyə Petrosyan bildirib.

Ter-Petrosyanın sözlərinə görə, Rusiyanın bu gün danışdığı yeganə adam Paşinyandır. “Məsuliyyəti Paşinyan daşıyır. Ruslar da planı ona deyəcəklər”. 

Eks-prezident deyib ki, Paşinyanın problemi ayrıdır: “Mən inanıram ki, Rusiya səmimi qəlbdən Ermənistanda, Qarabağda, regionda nə etməli olduğunu ona deyir. Amma Paşinyan rusların ona dediyini anlamır”.

Ter-Petrosyanın sözlərinə görə, Rusiya sülhməramlıları getdikdən sonra Ermənistanın və Qarabağın vəziyyətinin necə olacağını deyə bilməz.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan yığması Türkiyəyə uduzub

Sonrakı məqalə

Respublika Günü ilə bağlı Britaniyadakı səfirliyimiz videokonfrans keçirib