Ermənistan Avropa Birliyi ilə patrul missiyasının statusuna dair saziş imzalayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.

“Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var “, – Paşinyan bildirib.

Əvvəlki məqalə

“Ukraynaya nüvə silahı vermək lazımdır”

Sonrakı məqalə

Azərbaycan səfiri etimadnaməsinin surətini İsrail XİN-ə təqdim edib