Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ermənistan Azərbaycandan Naxçıvana dəmir yolunun bərpasının əleyhinə çıxır

Orkhan Ali 16 Mart 2024 - 17:35 (Last updated: 21 May 2025 - 20:15)
17105960084487727679_1200x630

Müasir dünyada ticarət yollarına nəzarət iqtisadi səmərəliliklə yanaşı geosiyasi üstünlük də əldə etməyə imkan yaradır. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya ilə Avropanı əlaqələndirir və Süveyş kanalına alternativ kimi çıxış edir.

Bu fikir ABŞ-ın “The New York Times” qəzetində “Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli məqalədə yer alıb. Materialda nəzərə çatdırılıb ki, ŞCBND Fars körfəzinin sahillərindəki İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və başqa idxala ehtiyacı olan dövlətlərə çıxış əldə etməyə imkan verir. Dəhlizin əsas seqmentini təşkil edən dəmir yolu Azərbaycan və İran ərazisindən keçərək Fars körfəzinin sahillərinə kimi uzanır.

Materialda qeyd olunub ki, 162 kilometrlik Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması nəticəsində Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemləri birləşəcək.

“Bununla yanaşı, Rusiya ŞCBND vasitəsi ilə Hindistan, Pakistan, Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələrini genişləndirəcək. Mumbay Hindistanın iri limanıdır və Avropaya göndərilən yüklər məhz bu limandan yola salınır. Həmin yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına çatdırılır və buradan da qatarla Azərbaycan və Rusiyaya nəql olunur. Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra da yüklər Avropaya və əks istiqamətə məhz bu yolla daşınacaq. ŞCBND fəaliyyətini davam etdirir və 2023-cü ildə bu dəhliz vasitəsi ilə yükdaşımaların həcmi 38 faiz artıb. Süveyş kanalı vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımalar baha başa gəlir və təhlükəsizliyi təmin olunmur. Qiyamçı husilərin ticarət gəmilərinə silahlı basıqınları buna sübutdur. Ona görə də 2030-cu ilə kimi ŞCBND ilə yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir”, – deyə məqalədə bildirilib.

Materialda diqqətə çatdırılıb ki, yüklər Asiyadan Avropaya və əks istiqamətə Süveyş kanalı vasitəsilə nəql olunanda 45 gün lazım olur. Lakin ŞCBND ilə yüklər hər iki istiqamətə 25 gün ərzində çatdırılır ki, bu da zaman və nəqliyyat xərcinin azalması deməkdir.

Məqalədə vurğulanıb ki, Azərbaycan nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti ilə SSRİ dövründən qalan dəmir yollarını da bərpa etmək istəyir: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir yolu Ermənistan ərazisindən keçirdi. Lakin 1990-cı illərin əvvəllərində bu iki dövlət arasında baş verən hərbi münaqişə həmin dəmir yolunun bağlanması ilə nəticələndi. Bu dəmir yolu Azərbaycan ilə yanaşı Rusiyaya da İran və Türkiyə ilə nəqliyyat əlaqəsi qurmağa imkanı verir. Azərbaycan dəmir yolunun açılışına can atsa da Ermənistan bunun əleyhinə çıxış edir. Buna görə də Azərbaycan Naxçıvan ilə nəqliyyat əlaqəsini İran üzərindən həyata keçirməyə çalışır”(azərtac).

Post navigation

Previous: Baş nazir İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb
Next: Maykl Ceksonun oğlu paparasilərin kamerasına tuş gəlib-

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.