Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Baş Qərargah rəisi Rusiyaya səfərə gəlib
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Rusiyaya səfər edib.
“Sputnik Armenia”nın verdiyi məlumata görə, bu barədə MTX-nın mətbuat xidmətindən bildirilib. Səfərin təfərrüatları barədə açıqlama verilməyib.
Agentlik həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın da Moskvada səfərdə olduğu barədə məlumat yayıb.
