Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəis təyin edilib.
Azpost.info xəbər verir ki, bu, general-mayor Edvard Asryandır.
Müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Sənədə əsasən, Asryan bu vəzifəyə beş il müddətinə təyin edilib.
Edvard Asryan 2021-ci il may ayının sonunda prezidentin sərəncamı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdi.
Azpost.info
