Ermənistan parlamentinin deputatları koronavirusa yoluxub

Ermənistan parlamentinin iki deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə deputatlar özləri məlumat verib. 

“Mənim addımım” blokunun üzvü Kristine Poqosyan deyib ki, onun koronavirus analizinin nəticəsi müsbət çıxıb. O, virusa hansı şəraitdə yoluxduğundan xəbərsiz olduğunu bildirib.

“Mənim addımım” blokunun digər üzvü Viktor Yengibaryan da koronavirus analizinin nəticəsinin müsbət çıxdığını qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirus:

Sonrakı məqalə

Dövlət Komitəsi valideynləri uşaqlara nəzarəti gücləndirməyə çağırıb