Rusiyada koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 176 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 606 881 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 513 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 368 822 nəfər virusdan sağalıb, 229 546 nəfərin müalicəsi isə davam edir.