Ermənistan parlamentinin sədr müavini koronavirusa yoluxub

Ermənistan parlamenti sədrinin müavini Vaqa Enfiyacyan koronavirusa yoluxub.

“Report” “Lragir”ə istinadən xəbər verir ki, o, bunu “Facebook” səhifəsində yazıb.

V.Enfiyacyan bildirib ki, koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.

Qeyd edək ki, V.Enfiyacyan müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının üzvüdür.

Xatırladaq ki, Ermənistanda 21 006 nəfər COVID-19-a yoluxub, 372 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır” –

Sonrakı məqalə

“Rusiyada koronavirus təhlükəsi hələ tam sovuşmayıb” –