“Rusiyada koronavirus təhlükəsi hələ tam sovuşmayıb” –Putin

“Rusiyada yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə tədbirləri çərçivəsində on minlərlə insanın həyatı xilas edilib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciətində deyib. 

COVID-19 pandemiyası başlayan dövrdən ölkədə görülən tədbirlərin nəticələrindən danışan Rusiya lideri ölkə əhalisinə təşəkkür edib: “Rusiyada qeyri-iş günləri vaxtında və əsaslı şəkildə elan olunmuşdu. Bu, insanların həyatını xilas edib. Rusiyalılara pandemiyanın ən təhlükəli dövrünü layiqli keçirdiklərinə görə təşəkkürümü bildirirəm”.  Putin ölkədə koronavirus təhlükəsinin hələ tam sovuşmadığını da vurğulayıb: “Nə qədər ki, koronavirusa qarşı həqiqi peyvəndin istehsalına başlanılmayıb, rusiyalıları diqqətli və ehtiyatlı olmağa çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan parlamentinin sədr müavini koronavirusa yoluxub

Sonrakı məqalə

Gürcüstan və Rusiyada olan 428 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb