“Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”- MİRZOYAN

“İrəvan və Bakı arasında kommunikasiyaların açılması və Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyasının gələcək prosesi ilə bağlı müzakirə aparılır”.

Azpost.info xəbər verir ki, bunu Moskvada Azərbaycan və Rusiya XİN rəhbərləri ilə üçtərəfli görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O əlavə edib ki, bütün tərəflər delimitasiya prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidir.

Ermənistan XİN rəhbəri həmçinin mümkün sülh sazişinin bir neçə maddəsi üzrə əldə olunan irəliləyişi qeyd edib. O, gərginliyin daha da artmasının qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini vurğulayıb,

“Ermənistan liderlərimizin noyabrın 9-dakı və ondan sonrakı bütün üçtərəfli bəyanatlarına sadiq qalır. Biz konstruktiv işə köklənmişik”, – Mirzoyan bildirib.

Nazir Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqların növbəti raundunu təşkil etdiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan və BƏƏ qarşılıqlı olaraq viza rejimini ləğv edir

Sonrakı məqalə

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır