Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb

Ermənistan-ABŞ “Eagle Partner 2023” birgə hərbi təlimləri başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Agence France-Presse” ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsinə istinadən yazıb.

“Eagle Partner 2023” təliminin açılış mərasimi baş tutub”, – mənbə agentliyə bildirib.

85 ABŞ sülhməramlısı və 175 erməni əsgərinin qatəldığı manevrlərin açılışı İrəvan yaxınlığında yerləşən “Zar” təlim mərkəzində olub.

Vaşinqton hesab edir ki, təlimlər sayəsində ABŞ və Ermənistan taktiki səviyyədə əlaqələr qura, eləcə də sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı fəaliyyətini artıra biləcəklər.

Azpost.info

Əvvəlki məqalə

30 il əvvəl Füzulidə itkin düşən Şəhidin qalıqları Ağstafaya gətirilib –

Sonrakı məqalə

Medvedev Avropa İttifaqı ilə diplomatik münasibətləri dayandırmağı təklif edib