“Ermənistan və Azərbaycana danışıqlar üçün platforma təklif etməyə hazırıq” –Qazaxıstan Prezidenti

“Qazaxıstan Ermənistan və Azərbaycana danışıqlar üçün platforma təklif etməyə hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev aprelin 15-də İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Prezident bildirib ki, Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır.

“Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, – deyə Tokayev bildirib.

Əvvəlki məqalə

Azərbaycanda genişzolaqlı internetə çıxış imkanı neçə faizdir?

Sonrakı məqalə

BDU-nun doktoranturasında 11 yeni ixtisas açılıb