Ermənistan XİN rəhbəri Çavuşoğluna başsağlığı verib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

Bu barədə Ermənistan XİN başçısı “Twitter”də paylaşım edib.

“İstanbulda baş vermiş ölümcül partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, – Mirzoyan bildirib.

Xatırladaq ki, ötən gün İstanbulda partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.

Əvvəlki məqalə

“Putin tənqidlərdən qaçmaq üçün G20-yə gəlməkdən imtina etdi”

Sonrakı məqalə

ABŞ Rusiya hərbi sənaye kompleksini dəstəkləyənlərə sanksiya tətbiq edəcək