Ermənistanda keçirilən etiraz aksiyasında 70-ə yaxın şəxs saxlanılıb-Xəsarət alanlar var

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.

Bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vladimir Putin Prezident İlham Əliyevə məktub yazıb –

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında olub –