Vladimir Putin Prezident İlham Əliyevə məktub yazıb –"Azərbaycan sanballı uğurlar əldə edib"

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq yüksək nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə sanballı uğurlar əldə edib.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfəniz çox böyükdür. Ümidvaram ki, biz birgə səylərimizlə bütün istiqamətlərdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bundan sonra da inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan hərbçiləri Sünikdə sərhədi müəyyən etmək üçün iki erməni kəndinə daxil olub –

Sonrakı məqalə

Ermənistanda keçirilən etiraz aksiyasında 70-ə yaxın şəxs saxlanılıb-