Ermənistanda rus hərbi bazasının qarşısında etiraz aksiyası keçirilib

Ermənistanda yerləşən 102 saylı hərbi bazanın qarşısında radikal erməni “Bever” hərəkatının üzvləri etiraz aksiyası keçirib. 

Azpost.info bildirir ki, etirazçılar Gümrüdəki rus hərbi bazasını blokadaya almağa cəhd edirlər. Onlar guya Azərbaycanın bağladığı Laçın yolunun açılmasını tələb edirlər.

Əllərində “Rusiya düşməndir!” şüarları tutmuş etirazçılar polislə toqquşublar. Polis antirus aksiyasının 65 iştirakçısını saxlayıb.

 

 

Əvvəlki məqalə

“Xankəndinə ərzaq və dərman gətirən yolumuz var” –

Sonrakı məqalə

Bakıda restoranın dam örtüyündə yanğın olub –