Ermənistandan Gəncəyə zərbə endirməyə hazırlıq anı nümayiş etdirilib –RƏSMİ

“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

Bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi, general-mayor İkram Əliyev bildirib.

General-mayor İkram Əliyev deyib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd “Toçka-U” raketi məhv edilib: “Oktyabrın 14-də gecə saat 1.00 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla, “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilərdisə, 300 km məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyatdan əldə etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”.

HHQ-nin Qərargah rəisi həmin raketlərin atışa hazırlandığı anın görüntülərini nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağa muzdlu kimi gələn Fransa vətəndaşı barəsində cinayət işi başlanıb –

Sonrakı məqalə

Daha 7 məktəb koronavirusa görə distant təhsilə keçirilib